Ucnoqta.az
www.ucnoqta.az

Ələtdə dənizdə bir nəfər batıb

19:50 - 11 Avqust 2023 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Müəllif: Ucnoqta.az redaksiyası