Ucnoqta.az
www.ucnoqta.az

Bakıdan Şarm-əl-Şeyxə çarter aviareyslərinin sayı artırılacaq

18:20 - 11 Avqust 2023 tarixində dərc olunub.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC "PAŞA Travel" MMC ilə birlikdə Misirin Şarm əl-Şeyx şəhərinə çarter reyslərinin sayını artıracaq.

Bu barədə Ucnoqta.az-a AZAL-dan bildirilib.

Məlumata görə, noyabrın 4-dən Bakıdan Şarm əl-Şeyxə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri www.azal.az saytından, AZAL mobil tətbiqi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində də satışa çıxarılır.

Müəllif: Ucnoqta.az redaksiyası