Ucnoqta.az
www.ucnoqta.az

Nəvəsinə şiddət göstərən nənəyə cinayət işi AÇILDI

17:18 - 11 Avqust 2023 tarixində dərc olunub.

Sumqayıtda azyaşlı nəvəsini baxımsız şəraitdə saxlayan qadına cinayət işi açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov bildirib.

O bildirib ki, Sumqayit Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə Abdullayeva Ülviyyə Rəsul qızı barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası