Ucnoqta.az
www.ucnoqta.az

Daha 2 küçədə sürət həddi endirildi - FOTO

16:38 - 11 Avqust 2023 tarixində dərc olunub.

“Bakı şəhərində daha 2 küçədə sürət həddi endirilib”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Ucnoqta.az-a verilən məlumata görə, 11 avqust tarixindən paytaxtın Məhəmməd Hadi və Təbriz küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

“Hər iki yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edirik”, - məlumatda qeyd edilib.

Müəllif: Ucnoqta.az redaksiyası