Ucnoqta.az
www.ucnoqta.az

Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

12:34 - 11 Avqust 2023 tarixində dərc olunub.

Xocəsən–Lökbatan avtomobil yolunda piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət 8 saatlıq məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Ucnoqta.az-a verilən məlumata görə, Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 12 avqust axşam saat 22:00-dan 13 avqust saat 06:00-a qədər yolun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.

Müəllif: Ucnoqta.az redaksiyası