Ucnoqta.az
www.ucnoqta.az

Kolleclərə sənəd qəbulunun vaxtı açıqlandı

19:14 - 10 Avqust 2023 tarixində dərc olunub.

14 avqust saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək.

Bu barədə Ucnoqta.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Müraciətçilər portal.edu.az üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeydiyyat prosesi 23 avqust saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Müəllif: Ucnoqta.az redaksiyası