Ucnoqta.az
www.ucnoqta.az

Bakıda orta aylıq maaş 1174 manatdır

10:22 - 10 Avqust 2023 tarixində dərc olunub.

Bakıda çalışan əhalinin orta aylıq maaşı artıb.

Bakı Statistika İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, 2023-cü ilin yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artıb.

Belə ki, paytaxt əhalisinin orta aylıq əməkhaqqı 1174,5 manat təşkil edib.

Müəllif: Ucnoqta.az redaksiyası