Ucnoqta.az
www.ucnoqta.az

Prezidentin işdən çıxardığı Mahirə Adnayeva kimdir?

18:22 - 9 Avqust 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ucnoqta.az qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, M.Adnayeva icra başçısı təyin edilənədək Sədərək rayon İcra Hakimiyyəti başçısının müavini, RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini tutub.

O, İkinci Dünya müharibəsi veteranı mərhum Ramazan Adnayevin gəlinidir.

Müəllif: Ucnoqta.az redaksiyası