Ucnoqta.az
www.ucnoqta.az

“Torpaq baha olduğu üçün evlərini söküb elə satırlar”

16:51 - 9 Avqust 2023 tarixində dərc olunub.

Şəki şəhərində torpaq sahələrinin evlərdən daha baha olduğu bildirilir.

Bunu şəhər sakinlərinin özləri deyir.

Qeyd edilir ki, burada tikinti bumu yaşandığından hazır tikililərdənsə, torpaq sahəsinə tələb daha yüksək olur. Buna görə də, bəzi sakinlər torpaq sahələrini daha yüksək qiymətə satmaq üçün evlərini sökdükdən sonra satışa çıxarır.

Əmlak sahəsi üzrə ekspert Ramil Osmanlı “Ölkə.Az”a açıqlamasında bildirdi ki, Şəki şəhərinin bir sıra əraziləri turizm baxımından kifayət qədər əhəmiyyətlidir: “Sözügedən ərazidə torpaq sahələri çox bahadır. Bəzi ərazilərdə 1 sot torpağın dəyəri 20 min manatdan yuxarı olur. Nəticədə, 3-4 sot torpaq sahəsinin dəyəri 100 min manata yaxınlaşır ki, bu zaman torpaq sahələrinin evdən daha baha olması mümkündür”.

Ekspertin fikrincə, sakinlərin yüksək qiymət xatirinə öz evlərini sökərək torpaqlarını satması məsələsi isə inandırıcı deyil.

Müəllif: Ucnoqta.az redaksiyası