Avqustun 7-də Türkiyənin limanında liftdə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.
Məlumata görə, həkimlər respublikanın cənub-qərbindəki Derince limanında partlayış nəticəsində xəsarət alan xəstəni xilas edə bilməyiblər.
Xatırladaq ki, bazar ertəsi Kocaeli vilayətinin Derincə limanında partlayış baş verib. Ən azı 13 nəfər yaralanıb. İlkin versiyaya görə, taxılın elevatora yüklənməsi zamanı taxıl asqısının partlaması baş verib. Hadisə zamanı limanda olan gəmilərin heç birinə ziyan dəyməyib.