Ucnoqta.az
www.ucnoqta.az

Bu məhsulları evinizdə saxlamayın - Siyahı

17:40 - 4 Avqust 2023 tarixində dərc olunub.

Evimizdə hər gün istifadə etdiyimiz bir çox kosmetik və təmizləyici məhsullar əslində səhhətimiz üçün təhlükəli ola bilər. 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən evdə saxlamamalı olduğumuz məhsulların adlarını açıqlayır. Həmin məhsullar bir çox xəstəliklərə səbəb ola bilər. 

Ayaqqabı boyası

Dəri ilə təmasda olduqda zərərli təsir göstərir. Sprey boyalar yerinə süngər boyalara üstünlük vermək daha yaxşı olar.

Saç geli

Dəridə səpgilərə, dəri altında kapilyar qanaxmaya səbəb olur. Ona görə də tərkibində ammonyak olmayan məhsullardan istifadə edilməsi məsləhət görülür.

Saç spreyi

Ağciyər və böyrək xəstəliklərinə səbəb olur.

Maşın yağı

Qapıları yağlamaq üçün istifadə edilən bu yağlar tez alışan və zəhərlidir. Mineral yağlardan istifadə edilməlidir. Qıfıllar üçün quru toz qrafit də istifadə edilə bilər.

Dırnaq boyası və aseton

Yandırıcı, zəhərli və dəri üçün qıcıqlandırıcıdır. Hamilə qadınlar istifadə etməməlidir. 

Ağardıcı

Digər təmizləyici maddələrlə qarışdırıldıqda oksid qazı əmələ gəlir. Gözləri və dərini qıcıqlandırır. Əlcəksiz istifadə edilməməlidir.

Yuyucu toz

Dərinin və gözün yanmasına və qıcıqlanmasına səbəb olur. Qab-qacaq üçün maye olanlara, camaşırxana üçün sabuna üstünlük verilməlidir.

Soba təmizləyicisi

Dəriyə, gözlərə və daxili orqanlara zərərlidir. Sprey növlərindən istifadə etməyin.

Bağ gübrəsi

Yeraltı sulara zərər verir. Gübrə kimi istifadə etmək üçün otların kəsilmiş hissələrindən yararlana bilərsiniz. 

Naftalin

Qaraciyəri qıcıqlandırır. Onu istifadə etməkdən çəkinin. Evdə ən az istifadə olunan otaqda saxlamaq məsləhətdir. 

Ev ətri

Ağciyərləri zədələyir. Təravətləndiricilər əvəzinə evi havalandırın.

Yapışqan

Ağciyərləri zədələyir, dəri və gözləri qıcıqlandırır.

Saç boyası

Gözlərdə və ağciyərlərdə qıcıqlanmaya səbəb olur. Udmaq çox təhlükəlidir.

Müəllif: Ucnoqta.az redaksiyası