Ucnoqta.az
www.ucnoqta.az

Bakıda zəncirvari qəza - bir nəfər ölüb, dörd nəfər xəsarət alıb - FOTO

22:45 - 24 Fevral 2023 tarixində dərc olunub.

Paytaxtın Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat  hadisəsi olub

Bu barədə Ucnoqta.az-a Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib. Məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə bu gün saat 22:00 radələrində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası