Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda ağır qəza: <font color=red><b>6 maşın toqquşdu - ölən və yaralananlar var - FOTO</b></font>

12:07 - 25 Dekabr 2021 tarixində dərc olunub.

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayonun girişində baş verən qəzada 6 maşın toqquşub.
Qəza nəticəsində bir nəfər Bakı şəhər sakini Samir İskəndərov hadisə yerində ölüb. 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: