Ucnoqta.az
www.ucnoqta.az

Müdafiə Nazirliyi məlumat yaydı: <font color=red><b>Tankçılarımız ... - FOTO</b></font>

11:26 - 25 Avqust 2021 tarixində dərc olunub.

Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar.

Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olub.

Müəllif: