Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə yanğınsöndürən təyyarə qəzaya uğradı - <font color=red><b>ANBAAN VİDEO</b></font>

17:00 - 14 Avqust 2021 tarixində dərc olunub.

Türkiyənin Kahramanmaraş şəhərində BE-200 yanğınsöndürmə təyyarə qəzaya uğrayıb.

Ucnoqta.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, təyyarə meşə yanğınlarının söndürülməsi tədbirləri zamanı qəzaya uğrayıb. Təyyarədədə rusiyalı və türkiyəli mütəxəssislərdən ibarət 8 nəfərin olduğu bildirilir. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, göyərtədə 8 nəfər olub: 5 rus hərbçisi və 3 Türkiyə nümayəndəsi. Ekipaj üzvlərindən heç kim xilas olmayıb.

Əraziyə axtarış-xilasetmə qrupu cəlb olunub.
Təyyarənin qəzaya uğramasının görüntülərini təqdim edirik:

Müəllif: