Portalın məlumatına əsasən, Kena şəhərindən Qahirəyə hərəkət edən reys avtobusu, Mersa-Matruha şəhərindən ölkənin şimalında yerləşən əl-Balabiş kəndinə gedən sərnişin mikroavtobusu ilə toqquşub.
Qəza nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb. Yaralılar, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.Yerli polis Faktla əlaqədar araşdırmalara başlayıb.
Namiq Musayev