Dneprdə Xocalı tədbirinə mindən çox insan qatıldı - Foto

22:29 - 26 Fevral 2017 - Cəmiyyət

Bu gün Ukraynanın Dnepr şəhərində Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib. “Ukrayna” Kino Teatrında Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD)  təşkilatçılığı ilə keçirilən “Cəhənnəmi görmüş pilot” filmi nümayiş etdirilib. UABD sədri Hikmət Cavadovun sözlərinə görə, tədbirdə 1000 nəfərdən artıq insan iştirak edib. “Cəhənnəmi görmüş pilot” filminin nümayişinə  Ukrayna ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Dneprdə yaşayan azərbaycanlılar da qatılıb.

Tədbir çərçivəsində istirakçılara  jurnalist Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabı da paylanılıb. Xocalı soyqırımı zamanı ata və anasını itirən həmin uşaqların həyat hekayələrinin toplandığı kitab ukraynalılar tərəfindən maraqla qarşılanıb.  "Böyüməyən uşaqlar” kitabı bu il Ukraynada 1000 ədəd çap edilib paylanılsa da, kitaba təlabat böyükdür. Bu səbəbdən Xocalı soyqırımını dünyaya çatdırmaq üçün ən yaxşı vasitələrdən biri olan "Böyüməyən uşaqlar” kitabı Ukraynada yenidən çap edilərək əhaliyə paylanılacaq.

Xəbər xətti