Metronun "Xətai" stansiyası sabah saat 12:00-a qədər bağlı olacaq

14:46 - 25 Fevral 2017 - Xəbər

Metronun "Xətai" stansiyası fevralın 26-da saat 12:00-a qədər bağlı olacaq.Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
​N.Paşayev bildirib ki, saat 12:00-dan etibarən “Xətai” stansiyasına giriş açıq olsa da, “Cəfər Cabbarlı” stansiyasından bu istiqamətə gediş olmayacaq. Saat 15:00-dan sonra hər iki stansiya normal qrafik üzrə işləyəcək.

Xəbər xətti