Əli Həsənov: “Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması Azərbaycan xalqına və dövlətinə töhvələr verəcək”

13:55 - 25 Fevral 2017 - Xəbər

 “Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına, dövlətinə töhvələr verəcək”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimində deyib.
Prezidentin köməkçisi qeyd edib ki, bu təyinatla dövlət idarəçiliyində dinamizm müşahidə olunacaq: “Mehriban Əliyeva xaraktercə dinamik insandır və bu, ölkə siyasətinə də təsir edəcək”.

Xəbər xətti