Ombudsman: “Xocalıda ölən qadın və uşaqların sayı daha çox olub”

12:19 - 24 Fevral 2017 - Xəbər

"Xocalı soyqırımı nəticəsində 63 uşağın, 106 qadının öldüyünü deyirik. Mən bu rəqəmlərə inanmıram. İtkilərimiz daha çox olub. Biz bu rəqəmlərə yenidən qayıtmalıyıq. Çünki o vaxt bu işin qeydiyyatını aparmaq üçün elə də geniş imkan olmayıb". Ucnoqta.az-ın Apa-ya istinadən xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili  (Ombudsman) Elmira Süleymanova "Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar" adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Xocalı faciəsinin dünyada tanınması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müstəsna xidmətləri var.

Xəbər xətti