Bakı Nəqliyyat Agentliyi bir sıra marşrutların hərəkətində müvəqqəti dəyişiklik edib. Agentliyin mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədi ilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından, 14 marşrut xəttinin (1,2,4,5,8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1) hərəkət trayektoriyası da dəyişdirilib.