Hollivud aktyoru, Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarseneqer ABŞ prezidenti Donald Trampın 7 dövlətin qaçqın və məcburi köçkünlərinin bu ölkə ərazisinə girişini qadağan edən miqrasiya fərmanını tənqid edib. "Report" xəbər verir ki, bu barədə "The Hill" bildirib. "Bu çox mənasızdır və biz Ağ Evin belə hökumət sərəncamlarına hazırlıqsız olduğunu görürük" – deyə Şvartseneqer deyib. Onun fikrincə, bu cür hədəflərə çatmağın digər yolu var. Bundan başqa, Şvartseneqer bildirib ki, fərman ABŞ Milli Təhlükəsizlik və Ədliyyə Nazirlikləri ilə razılaşdırılmalı idi.