Filippin prezidenti ABŞ-a hərbi tikintilərlə bağlı xəbərdarlıq edib

10:49 - 31 Yanvar 2017 - Xəbər

Filippin prezidenti Rodriqo Duterte ABŞ-ı bu ölkənin ərazisində hərbi tikintilərin inşasından imtina etməyə çağırıb və bununla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat verib. Məlumata görə, o, həmçinin ABŞ-la bu ölkə arasında tikintisi haqqında hərbi razılaşmanı ləğv etməklə hədələyib. "Mən ABŞ-a xəbərdarlıq etmək istəyirəm: bunu etməyin, mən icazə verməyəcəyəm", - deyə Duterte bildirib. "Onun adının anbar və ya "təchizat stansiyası" olmasından asılı olmayaraq - bütün bunlar silahların daimi saxlanılması yerləridir. Bu, Filipinin qanunuyla qadağandır", - deyə prezident əlavə edib. "Əgər ABŞ inad etsə, mən hərbi razılaşmanı təkrar gözdən keçirəcəyəm və yekunda, mümkündür ki, onu ləğv edim", - deyə o bildirib. Rodriqo Duterte vurğulayıb ki, 1998-ci ildə imzalanmış hərbi müqaviləyə əsasən Filippin ərazisində daimi hərbi tikintiləri inşa etmək qadağandır.

Xəbər xətti