Yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının on bir ili tamam olur. Bu münasibətlə nazirliyin rəhbərliyi və əməkdaşları yanvarın 30-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.AzərTac