Dağlıq Qarabağ münaqişəsi Rusiyanın xarici siyasəti üçün prioritet olaraq qalır. "Report" xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib. Jurnalistlərin yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda Rusiya xarici işlər naziri Sergey Lavrovun planlaşdırılmış hansısa görüşünün olub-olmaması barədə sualını cavablandırarkən M.Zaxarova belə görüşlərin əlbəttə ki, baş tutacağını, lakin hələlik onların qrafikinin bəlli olmadığını qeyd edib. "Dağlıq Qarabağ münaqişəsi bizim üçün prioritet olaraq qalır. Ona görə də müxtəlif formalarda kontaktlar davam etdiriləcək", - deyə M.Zaxarova vurğulayıb.