Putin və Tramp arasında telefon söhbəti bu həftəsonu baş tuta bilər

10:46 - 27 Yanvar 2017 - Xəbər

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon söhbət artıq bu həftəsonu baş tuta bilər. Bu barədə NBC-nin Ağ evdəki müxbiri Helli Cekson ABŞ-ın Prezident Administrasiyasına istinadən "Twitter" mikrobloqunda yazıb. "Xəbərlər: prezident Tramp və Putin, gözlənildiyi kimi, bu həftəsonu telefon danışıqları aparacaq. Məlumat Prezident Administrasiyasındakı mənbədəndir. Adiçmə mərasimindən sonra ilk zəng", — deyə Cekson yazıb.

Xəbər xətti