ABŞ və Meksika arasında çəkiləcək sədd 15 milyard dollara başa gələcək

10:43 - 27 Yanvar 2017 - Xəbər

Senatda yer alan respublikaçıların lideri Mitç Makkonnell bildirib ki, Konqresdə ABŞ-ın Meksika ilə sərhədində divarın inşası ilə bağlı müzakirələr davam etməkdədir və təhlil zamanı müəyyən edilib ki, səddin dəyəri 12-15 milyard dollar təşkil edəcək. "Report" "Reuters"ə istinadən xəbər verir ki, eyni zamanda, M.Makkonnell və Nümayəndələr Palatasının spikeri Pol Rayan müdafiə divarının tikintisinin kim tərəfindən maliyyələşdiriləcəyini açıqlamayıblar. "Biz bu xərclər maddəsi üçün əlavə vəsaitin ayrılacağını gözləyirik", - deyə M.Makkonnell bildirib.

Xəbər xətti