Sloveniya miqrantların ölkəyə girişini çətinləşdirə biləcək qərar qəbul edib

10:42 - 27 Yanvar 2017 - Xəbər

Sloveniya parlamenti cümə axşamı 47 səs lehinə, 18 əleyhinə olmaqla Əcnəbilər haqqında qanuna düzəlişlər paketini təsdiq edib. Bu, parlamentin dəstəyi olacağı halda, miqrantlar üçün sərhədlərin demək olar ki, bağlanmasına imkan verəcək. Bu barədə Lüblyan şəhərində nəşr olunan "Delo" qəzeti yazıb.

"Parlamentin spikeri Milan Brqlez yeniliyi dəstəkləməkdən imtina edib. Lakin deputatlar Əcnəbilər haqqında qanuna düzəlişlərə səs verdilər. Bu, 46 parlamentari lehinə səs verəcəyi təqdirdə, miqrantların ölkəyə girişini əhəmiyyətli dərəcədə çətinləşdirəcək bir sıra xüsusi tədbirlərin qəbul olunmasına imkan verəcək", - deyə nəşr yazıb.

Xəbər xətti