Prokuror narkotik saxlamaqda təqsirləndirilən idmançıya 7 il cəza istədi

17:32 - 26 Yanvar 2017 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddə saxlamaqda təqsirləndirilən 28 yaşlı Aqşin Salmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub və dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi fevralın 1-ə təyin edilib. İttihama görə, A.Salmanov qaydasız döyüşlə məşğul olub. "Ruslan" döyüş klubunun təmsilçisi olan A.Salmanov bir çox yarışların iştirakçısı olub.
O, Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitə saxlama) maddəsinə əsasən ittiham edilir.

Xəbər xətti