"Səyyar "ASAN qatar" fevral ayının 1-dən vətəndaşlara xidmət göstərəcək". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov deyib.
O bildirib ki, "ASAN qatar" ilk olaraq Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar formada xidmət göstərəcək: "Xidmətlər 4 dövlət orqanı tərəfindən təqdim olunacaq. Eyni zamanda, qatarda funksional yardımçı xidmətlər də təşkil edilib".
A.Hüseynov qeyd edib ki, Səyyar "ASAN qatar"ı gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.