SpaceX ABŞ Milli Kəşfiyyat Ofisi üçün peyk daşıyan Falcon 9 raketini buraxdı

01:02 - 10 Dekabr 2025 - DÜNYA

SpaceX ABŞ Milli Kəşfiyyat Ofisi (NRO) üçün peyk daşıyan Falcon 9 raketini buraxıb. 

Ucnoqta.az xəbər verir ki, buraxılış şirkətin X səhifəsində yayımlandı.

Raket yerli vaxtla saat 14:16-da Florida ştatının Kanaveral burnundan qalxıb Buraxılışdan bir neçə dəqiqə sonra Falcon 9-un birinci mərhələsi uğurla yerə endi. Bu texnologiya SpaceX-ə buraxılış xərclərini azaltmağa imkan verir.

NROL-77 missiyası SpaceX-in 2025-ci ildə NRO üçün üçüncü buraxılışıdır.

Xəbər xətti