Avstraliyada uşaqlara sosial mediadan istifadə qadağan edilib

00:10 - 10 Dekabr 2025 - DÜNYA

Avstraliyada 16 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını qadağan edən qanun qüvvəyə minib.

Ucnoqta.az xəbər verir ki, ölkənin internet tənzimləyicisinin (eSafety) verdiyi açıqlamaya görə, ölkədə fəaliyyət göstərən sosial media platformaları çərşənbə günündən etibarən uşaqlar və yeniyetmələrin hesablarını deaktiv etməlidirlər.

"Bu gündən 10 dekabrdan etibarən sosial mediada məhdudiyyətlər qüvvədədir. Sosial media hesabına sahib olmaq üçün istifadəçilər 16 yaş və ya daha yuxarı olmalıdırlar və bu da inkişaflarının kritik mərhələsində olan gənc avstraliyalılar üçün onlayn təhlükəsizliyi təmin edir", - deyə tənzimləyici açıqlamada bildirib.

Xəbər xətti