Polşa hakimiyyəti Litvanın qərarından sonra Belarusla sərhəddə fövqəladə vəziyyət elan etməyi planlaşdırmır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Marçin Kervinski Zet radiosunda bildirib.
O əlavə edib ki, mövcud tədbirlər dəyişməz qalacaq, çünki son həftələrdə vəziyyət xeyli yaxşılaşıb və miqrasiya təzyiqi xeyli azalıb.