ABŞ Suriyanın düzgün istiqamətdə irəlilədiyinə inanır - Rubio

12:06 - 9 Dekabr 2025 - DÜNYA

ABŞ son bir ildə Suriyanın keçid rəhbərliyinin ölkədəki vəziyyəti yaxşılaşdırmaq üçün bir sıra vacib addımlar atdığını hesab edir.

Ucnoqta.az xəbər verir ki, ABŞ Dövlət Katibi Marko Rubio X-də yazıb.

Dövlət katibi bildirib ki, Vaşinqton Ərəb Respublikasını etnik-dini azlıqların hüquqlarını təmin edən sabit bir dövlət qurmaq yolunda dəstəkləməyə davam etməyə hazırdır.

: "Biz Suriya rəhbərliyi və xalqının keçid dövründə atdığı əhəmiyyətli addımları, eləcə də beynəlxalq tərəfdaşlarımızın dəstəyini alqışlayırıq. Biz Suriya xalqının dözümlülüyünü təqdir edirik və azlıqları da daxil olmaqla, bütün qonşuları ilə sülh içində olan dinc və çiçəklənən Suriyaya dəstəyimizi bir daha təsdiqləyirik".

Xəbər xətti