Baş nazir Sanae Takaiti bildirib ki, Yaponiyada baş verən zəlzələdə təxminən 30 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb.
Yeraltı təkanlar həmçinin bir evdə yanğına səbəb olub.
Baş nazir qeyd edib ki, hakimiyyət orqanları fəlakətin vurduğu ziyanı qiymətləndirməyə davam edir. Takaiçiyə görə, Hokkaydodan şimal-şərqi Honşuda Sanriku sahillərinə qədər ərazidə böyük bir zəlzələ ehtimalı adi haldan daha yüksəkdir.
Buna görə də o, ictimaiyyəti daxil olan məlumatları diqqətlə izləməyə və təcili təxliyəyə hazır olmağa çağırıb.
8 dekabrda Yaponiyada 7.0 bal gücündə zəlzələ baş verib.