Polşanın baş naziri Donald Tusk ölkədə rusiyapərəstliyin artdığını və Ukraynaya dəstəyin azaldığını bildirib.
Ucnoqta.az xəbər verir ki, baş nazir bu barədə sosial şəbəkədə yazıb. “Çətinliklərdən keçən Ukraynaya qarşı rusiyapərəst əhval-ruhiyyə və antipatiya dalğası artır”, - Tusk X-də yazıb.
Baş nazir əlavə edib ki, bu dalğanın qarşısını almaq Polşa siyasətçilərinin vəzifəsidir.