Tramp Ukrayna münaqişəsinə getdikcə daha az maraq göstərir - Público

13:16 - 15 Sentyabr 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinə hər gün daha az maraq göstərir, iqtisadi səmərə əldə etməyə ümid edir.

Ucnoqta.az xəbər verir ki, bu fikir İspaniyanın “Público” qəzetinin məqaləsində səsləndirilib.

Onun versiyasına görə, Amerika prezidenti Polşada dron insidentinin yaratdığı böhrana “öz avropalı müttəfiqlərini şantaj etməklə” cavab verib.

Nəşr yazır: “Tramp Ukraynadakı münaqişəyə getdikcə daha az maraq göstərir və getdikcə daha çox bu münaqişədə birbaşa və ya dolayısı ilə iştirak edən hər kəsdən, ilk növbədə, NATO-dakı avropalı “dostlarından” mümkün olan maksimum iqtisadi səmərə almağa ümid edir”.

Onun fikrincə, hazırda ABŞ prezidentinin Ukraynadakı vəziyyəti həll etmək strategiyasında yeganə nailiyyəti Avropanın zəifləməsi olub.

Qəzet onu da qeyd edir ki, pilotsuz təyyarə ilə bağlı insident və NATO-nun “Şərq gözətçisi” əməliyyatı alyansın müttəfiqlərinə Rusiyaya yaxın ərazilərə əlavə qoşun yeritmək üçün əsas verəcək.

Xəbər xətti