ABŞ Çinə təyyarə hissələrinin tədarükünü dayandırıb - Tramp

22:20 - 25 Avqust 2025 - DÜNYA

ABŞ Vaşinqton və Pekin arasında ticarət mübahisələri ilə əlaqədar Çinə mülki aviasiya hissələrinin tədarükünü dayandırıb.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Cənubi Koreyalı həmkarı Li Çje Myonqla görüşdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Bizim güclü "kozırımız" var - təyyarə hissələri. Onların uçmayan 200 təyyarəsi var idi. Mən onların sözünə güvənərək bütün hissələri göndərdim ki, təyyarələr uça bilsin", - Ağ Ev rəhbəri deyib.
"Onların təyyarələri indi uçur. Onların 200 təyyarəsi uça bilmədi, çünki biz onlara məqsədli şəkildə Boeing hissələri vermədik. Çünki bizə maqnit vermədilər", - Tramp əlavə edib.

Xəbər xətti