İtalyan turist bələdçisi Kolizeydə öldü

00:03 - 21 Avqust 2025 - Xəbər

Tur bələdçisi Maria Giovanna Giomarino Kolizeydəki iş növbəsi zamanı ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 20-də RomaToday portalı məlumat yayıb.

Faciənin avqustun 19-da baş verdiyi bildirilir. Bələdçi əvvəlcə pilləkənləri qalxdıqdan sonra səhhəti pisləşib, sonra huşunu itirib. Hadisə yerinə gələn təcili tibbi yardım maşını qadını reanimasiya etməyə çalışsa da, qadın dünyasını dəyişib.

Portalın məlumatına görə, ölüm təbii səbəblərdən - ürəyin dayanması nəticəsində baş verib.

Xəbər xətti