Media savadlılığı artırılmalıdır - Hikmət Hacıyev

11:49 - 20 İyul 2025 - MEDİA

Azərbaycan cəmiyyəti media ilə sıx işləyir.

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün III Şuşa Qlobal Media Forumu çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” panelində deyib.

Hikmət Hacıyev bildirib ki ki, media savadlılığı daha da artırılmalıdır: “Media savadlılığının, o cümlədən sosial media savadlılığının xüsusilə uşaqlar və məktəblilər arasında artırılması çox vacibdir”.

Xəbər xətti