İndoneziyada silah anbarında partlayış - 13 nəfər ölüb

16:14 - 12 May 2025 - DÜNYA

İndoneziyanın Qərbi Yava əyalətində sıradan çıxmış sursatların utilizasiyası zamanı baş verən partlayış nəticəsində 9 mülki şəxs və 4 hərbçi həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinə istinadən Antara agentliyi məlumat yayıb.

Məlumata görə, insident bazar ertəsi yerli vaxtla saat 09:30-da Qarut rayonundakı poliqonda baş verib. Hadisə yerində olan hərbi qulluqçular təhlükəsizliyi təmin etmək və növbəti partlayışların qarşısını almaq üçün tədbirlər görür.

İndoneziya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Maruli Simanjuntakın sözlərinə görə, insidentin səbəbləri araşdırılır.

Xəbər xətti