"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

16:03 - 12 May 2025 - İDMAN

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qərar 35 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında bu gün baş tutan iclasdan sonra qəbul edilib.

Onun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, Vaqif Cavadovla ötən il 2.5 illik müqavilə imzalanmışdı.

"Sumqayıt" son olaraq Misli Premyer Liqasının XXXIV turunda "Kəpəz" 0:1 hesabı ilə məğlub olub. Komanda hazırda turnir cədvəlində 30 xalla doqquzuncu sırada yer alıb.

Xəbər xətti