Litva, Latviya və Portuqaliya hərbçiləri təlimlər keçirir

10:24 - 12 May 2025 - DÜNYA

Litvada 1000-dən çox Litva, Latviya və Portuqaliya hərbçisinin iştirak etdiyi "Styprus skidas" ("Sərt Qalxan") hərbi təlimləri keçirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın ordu komandanlığı məlumat yayıb.

Bildirilir ki, mindən artıq hərbi qulluqçunun iştirak etdiyi təlimin məqsədi müdafiə əməliyyatlarının planlaşdırılması, onların hazırlanması və müəyyən ərazi zonalarına cavabdeh olan bölmələrin hərəkətlərinin əlaqələndirilməsi ilə həyata keçirilməsi təcrübəsindən ibarətdir.

Komandanlığın qeyd etdiyi kimi, təlimlərin bəzi epizodları Anykščiai, Zarasai, Kupiškis və Rokiškis rayonlarının mülki ərazilərində keçiriləcək.

Litva tərəfdən təlimlərə nizami ordu hissələri ilə yanaşı, Müdafiə Nazirliyi sisteminə inteqrasiya olunmuş könüllü milli təhlükəsizlik qüvvələrinin və könüllü atıcılar birliyinin nümayəndələri də cəlb olunacaq. Stiprus Skidas təlimləri mayın 18-dək davam edəcək.

Xəbər xətti