ABŞ-ın yeni tarifləri bütün ölkələrə təsir edəcək - Tramp

13:57 - 31 Mart 2025 - İQTİSADİYYAT

ABŞ Prezidenti Donald Tramp bildirib ki, administrasiyanın aprelin 2-də tətbiq etməyi planlaşdırdığı yeni tarifləri bütün ölkələrə təsir edəcək.

Ucnoqta.az xəbər verir ki, Tramp jurnalistlərə deyib.
 "Biz bütün ölkələrdən başlamalıyıq və görməliyik ki, nə baş verir. Mən heç vaxt 15 ölkə ilə bağlı şayiələr eşitməmişəm", - o, prezident təyyarəsində jurnalistlərə deyib.
"Əslində haqqında danışdığımız bütün ölkələrə təsir edəcək. Və biz yalnız bəziləri yox, bütün ölkələr haqqında danışırıq", - o əlavə edib.

Xəbər xətti