“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın və Azərbaycan yığmasının futbolçuları E.Cəfərquliyevin qırmızı kart alması, Nəriman Axundzadənin azarkeşlərlə, Toral Bayramovun isə jurnalistlərlə probleminə münasibət bildirib.
Ucnoqta.az xəbər verir ki, Qurban Qurbanov belə halların olmamasını istdiyini deyib.
"Futbolçularıma hər zaman bildirmişəm ki, milli komandada intizamlı olsunlar. Orada Nərimanın, Toralın hörmətsizlik etmək fikirləri olmayıb. Onların meydanda intizamsızlığı olmayıb. Bəzən qarşıdakı şəxsin danışıq tərzi insanın səs tonunun qalxmasına səbəb olur.
Q.Qurbanov Elvinin qırmızı vərəqələr almasına bu cür şərh verib: “Nə siz bilirsiniz, nə mən bilirəm. İstəməyərək alınan qırmızı vərəqələrdir. Amma həmişə bunlar bir oyunçunun başına gəlirsə, deməli, nəsə problem var. Daha diqqətli olmalıdır”.