Danimarka Ukraynaya 43,4 milyon dollar ayırıb

12:56 - 28 Mart 2025 - DÜNYA

Danimarka hökuməti Ukraynaya texnoloji yardım fondu yaratmaq üçün 300 milyon kron (43,4 milyon dollar) ayırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, vəsaitlər texnologiyaların sürətlə inkişaf etdiyi və yeni texnoloji həllərin döyüş qabiliyyətinə əhəmiyyətli təsir göstərdiyi elektron müharibə və PUA-larla bağlı sahələrdə tədqiqatlar üçün istifadə olunacaq.
Ukrayna bu sahədə xarici dəstəyə ehtiyacı olan bir sıra sahələr müəyyən edib.

Xəbər xətti