İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısının Qəzza şəhərində yaşayış binasını vurması nəticəsində 6 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, beş qadın və bir kişi hava hücumlarının qurbanı olub. Daha 4 nəfə binanın dağıntıları altında qaldığı ehtimal edilir.
Qeyd edilir ki, İsrail qırıcı təyyarələri Fələstin anklavı ərazisini patrul edərək Qəzza üzərində uçuşlarını davam etdirir.