İsrail Qəzzanın şimalında quru əməliyyatına başlayıb

12:18 - 23 Mart 2025 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalındakı Beyt Hanun qəsəbəsi ərazisində quru əməliyyatına başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, əməliyyatın məqsədi Qəzzanın şimalında təhlükəsizlik zonasını genişləndirmək üçün HƏMAS terrorçularının hədəflərinə hücum etməkdir.

Qeyd edilir ki, əməliyyat zamanı döyüş təyyarələri HƏMAS-ın bölgədəki bir neçə hədəfini vurub.

Xəbər xətti