19 PUA Rusiya bölgələri üzərində vurulub

08:31 - 27 Fevral 2025 - DÜNYA

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiya bölgələri üzərində Ukraynanın 19 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 12 PUA Oryol vilayəti, 3 PUA Kursk vilayəti, 3 PUA Belqorod vilayəti və 1 PUA Krım Respublikası ərazisi üzərində vurulub.

Xəbər xətti