Ekvador hakimiyyəti meşə yanğınları ilə əlaqədar bütün respublikada fövqəladə vəziyyət elan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Risklərin İdarə Edilməsi Katibliyinin məlumatında deyilir.
Bildirilir ki, Fövqəladə Hallar Komitəsinin prezidenti İnes Manzano ölkədə meşə yanğınları, su qıtlığı və quraqlıq səbəbi ilə 60 gün müddətində fövqəladə vəziyyətin tətbiq olunduğunu təsdiqləyib.
Risklərin İdarə Edilməsi Katibliyi ölkə üzrə 17 aktiv yanğının və 5 nəzarət edilən yanğının olduğunu bildirib.
İlk növbədə, söhbət Azuay və Loja əyalətlərindən gedir. Yanğınları söndürmək üçün helikopterlərdən istifadə olunur.
Qeyd olunur ki, Azuay əyalətində noyabrın 1-dən 1,7 min hektardan çox, Lojada isə 8,5 min hektardan artıq bitki örtüyü yanğın nəticəsində məhv olub.